“Mançester Yunayted”in kapitanı kim olacaq? – Sulşerdən açıqlama

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunnar Sulşer komandanın kapitanının kim olacağı ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, Pol Poqbanın klubda qalacağı halda, kapitan sarğısını əldə edə biləcəyini deyib:

“Bizim kapitanlıq üçün bir neçə seçimimiz var və mövsüm başlayanda kapitanı elan edəcəyik. Bu müddətdə hər şeyi diqqətlə qiymətləndirəcəyik və mövsümöncəsi hazırlığın necə keçəcəyinə baxacağıq. Biz qərarımızı verənədək kapitan sarğısını Eşli Yanq taxacaq.

Poqbaya gəlincə, o, komandada qalsa, növbəti mövsümdə kapitan ola bilər. Biz bunu sonra müzakirə edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button