“Hazırda orda oynayan futbolçulardan daha artığını bacararam” – İbrahimoviç

Hazırda “Los Anceles Qalaksi”nin şərəfini qoruyan Zlatan İbrahimoviç açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, gələcək karyerası haqqında danışan isveçli hücumçu, İtaliya A Seriyasına qayıtmaq istədiyini bildirib:

“Yenidən A Seriyasına qayıtmaq istəyərəm. Həm İtaliyada, həm də digər ölkələrdə hələ də fərq yarada biləcəyimdən əminəm. Hazırda orda oynayan futbolçulardan daha artığını bacararam. Klubla müqaviləm dekabr ayında bitir. Nə baş verəcəyini həmin vaxt biləcəyik”.

38 yaşlı futbolçu, A Seriyası ilə bağlı da danışıb:

“Milan”ı bu vəziyyətdə görmək məni həqiqətən çox təəssüfləndirir. Yaxşı sərmayə olmasa, bu vəziyyətdən qurtulmaq olmaz. Bu komandada hər zaman dünyanın ən yaxşı futbolçuları oynayıb.

“Yuventus” isə möhtəşəm işlər görür. Bu komanda İtaliyanın dünya futbolundakı simasıdır. “İnter” də hazırda yaxşı irəliləyir. Baş məşqçi Antonio Konte çox yaxşı mütəxəssisdir və “Yuventus”a çətinlik yaradacaq”.

Karyerası ərzində hər üç komandanın – “Yuventus”, “İnter” və “Milan”ın formasını geyinən Zlatan, 2018-ci ildən “Los Anceles Qalaksi”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button