“O, inanılmaz bir insandır” – Neymar

Fransanın PSJ klubunun hücumçusu Neymar açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, yayda “Barselona”ya keçəcəyi gözlənilən, amma karyerasını Paris klubunda davam etdirən braziliyalı futbolçu, bunları deyib:

“Düşünürəm ki, xoşbəxt olmadıqda, işin nə olur-olsun, onu dəyişməyə çalışırsan. Özün üçün yeni yerlər, yeni iş tapmağa cəhd edirsən. Mən də yayda bunu etməyə çalışdım, amma sonra burda qalmağa qərar verdim. Hazırda hər şey yaxşıdır, özümü xoşbəxt hiss edirəm. Meydanda komandam üçün əlimdən gələn edəcəm, xüsusilə də, Çempionlar Liqasının oyunlarında komandaya qələbə qazandırmaq üçün çalışacam”.

Hücumçu, komandadakı vəziyyət barədə də danışıb:

“Çox geniş heyətimiz var, ona görə də, komanda daxilində 1-2 nəfərlə daha yaxın olursan. Hər kəslə çox yaxın olmasaq da, yaxşı iş şəraiti üçün hər kəslə yaxşı münasibətdə olmaq lazımdır. Xüsusilə, Kilian Mbappe ilə birgə çalışırıq. O, inanılmaz bir insandır. Onun mükəmməl futbolu haqqında danışmaq olmur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button