“Messi hər kəsdən yaxşıdır”

İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Frenki de Yonq komanda yoldaşları Lionel Messi və Luis Suareslə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı futbolçu, hər iki hücumçunu tərifləyib:

“Hər kəs Messinin bizim üçün nə qədər vacib olduğunu bilir. O, hər oyunda üç qol vursa belə, heç kim təəccüblənmir. Messi hər kəsdən yaxşıdır, onunla qarşılaşan istənilən komanda daha çox əsəbiləşir. Onların yerində mən də olsam, əsəbiləşərəm.

Suares isə inanılmaz bir mövsüm keçirir və gözəl qollar vurur. O, keçən mövsüm “Real”la oyunda (5:1) het-trik etmişdi. Ümid edirəm ki, Suares bu mövsüm də bunu bacarar”.

La Liqanın 10-cu turundan təxirə salınmış “Barselona” – “Real” oyunu bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button