“Onun Messi və ya Ronaldo kimi olmadığını bilirəm, amma…” – Moyes

“Mançester Yunayted” klubunun keçmiş baş məşqçisi David Moyes Pol Poqbayla bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis, fransalı futbolçunun “qırmızı şeytanlar”da qalmasının lazım olduğunu deyib:

“Poqba hələ də “Mançester Yunayted”in ən yaxşı yarımmüdafiəçisidir. O, dünyanın istənilən komandasında oynaya bilər. O, hər zaman oyunda fərq yaratmağı bacarmır, amma düşünürəm ki, “Mançester Yunayted”də qalmalıdır. Onun Lionel Messi və ya Kriştiano Ronaldo kimi olmadığını bilirəm, amma istedadının fərqindəyəm. Buna görə də, klub onu saxlamalıdır. Onun komandaya verə biləcəyi çox şey var”.

Moyes 2013-14-cü illərdə “Mançester Yunayted”in baş məşqçisi olub.

Klubla müqaviləsi 2021-ci ildə başa çatacaq Poqbanın adı “Real”la yanaşı çəkilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button