“O, bu komandanın bir hissəsi olmaq istəyir” – Kovaç

Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Niko Kovaç Filippe Koutinyo ilə bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis, “Barselona”dan icarə əsasında heyətə qatılan braziliyalı futbolçu ilə bağlı bunları deyib:

“Koutinyo hələ ki, 90 dəqiqə oynayacaq formada deyil. O, özü də bu barədə bizə məlumat verdi. Buna görə də, risk etməyəcəyik.

Gördüklərimə əsasən deyə bilərəm ki, Koutinyo dünya səviyyəli futbolçudur. O, bu komandanın bir hissəsi olmaq istəyir. Filippe meydanda xüsusi mövqeyə ehtiyacı olan futbolçu deyil”.

Koutinyo 2019/20 mövsümünü icarə əsasında “Bavariya”da keçirəcək.