“O, bizim futbolçumuzdur və iyunda komandaya qayıdacaq” – Ançelotti

“Everton”un icarə əsasında PSJ-də çıxış edən futbolçusu Moyza Kinin gələcək taleyinə aydınlıq gəlib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, bu barədə Premyer Liqa klubunun baş məşqçisi Karlo Ançelotti açıqlama verib. O, futbolçunun cari mövsümün sonunda komandaya qayıdacağını bildirib:

“Kin PSJ-də əla təcrübə qazanır. Çox qol vurur, səviyyəsini göstərir. O, bizim futbolçumuzdur və iyunda komandaya qayıdacaq. Amma hər zaman futbolçunun fikrini də bilməliyik. Komandada xoşbəxt olmayacaq futbolçu istəmirəm. Kin qayıtmaq istəsə, bundan şad olarıq. Amma PSJ-də qalmaq istəsə, bu zaman qarşı tərəflə danışıq aparacağıq”.

Keçən ilin oktyabrından PSJ-də çıxış edən 20 yaşlı futbolçunun klubla icarə müqaviləsi cari mövsümün sonunda başa çatır.