“Ondan ən yaxşı şəkildə faydalanmağın yolunu tapmalıyıq” – Sulşer

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Aleksis Sançeslə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, norveçli mütəxəssis, göstərdiyi oyunla tənqid olunan və klubdan ayrılacağı deyilən hücumçuya dəstək olub:

“Sançes üst səviyyəli bir futbolçudur. O, bir mövsüm ərzində rahatlıqla 20 qol vura bilər. Nələr bacara biləcəyini çox yaxşı bilirəm. Ondan ən yaxşı şəkildə faydalanmağın yolunu tapmalıyıq. O, “Arsenal”da möhtəşəm oyun göstərdi. “Old Trafford”da da eyni şeyləri etməsini istəyirik. O, bizə çox böyük güc qata bilər”.

“Mançester Yunayted”lə 2022-ci ilədək müqaviləsi olan 30 yaşlı futbolçu, bu mövsüm keçirdiyi 27 oyunda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button