“O, “Barselona”nın futbolçusudur və bu klubu sevirəm” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”nın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl Kataloniya klubundan ayrılaraq “şəhərlilər”ə keçmək istədiyi deyilən argentinalı futbolçu haqda danışan Qvardiola, bu məsələni belə şərh edib:

“Bu məsələylə bağlı nəyisə açıqlamağıma ehtiyac yoxdur. Messi hisslərini çox yaxşı ifadə etdi, buna əlavə edə biləcəyim nəsə yoxdur. O, “Barselona”nın futbolçusudur və bu klubu sevirəm. Messini gələcəkdə transfer edə bilərikmi? Bu, ona veriləcək sualdır, Leonun istəklərini bilmirəm”.