“O, “Barselona” üçün çox yaxşı seçim olar” – Rivaldo

“Barselona”nın və Braziliya millisinin sabiq futbolçusu Rivaldo Kataloniya klubunun hücumçu transferi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu, “Barselona”nın transfer etmək istədiyi Lautaro Martines və Neymarla bağlı danışıb:

“Barselona”nın Neymar və Martinesi transfer etmək istədiyi haqqında xəbərlər artır. Martines yaxşı futbolçu olsa da, düşünürəm ki, yalnız Neymar start heyətində Messi ilə birgə oynaya bilər. Son illərdə bir neçə yüksək səviyyəli futbolçunun Messi ilə birlikdə oynaya bilmədiyini gördük. Amma Neymar Luis Suares kimi meydanda təzyiq hiss etməyən azsaylı futbolçulardan biridir. O, “Barselona” üçün çox yaxşı seçim olar. Martines gənc, istedadlı futbolçudur, amma klub hazırda Neymara üstünlük verməlidir. Neymarın istedadına və şəxsiyyətinə heyranam. Bəzən “Barselona” azarkeşləri bunun üçün məni tənqid edir, amma düşünürəm ki, Neymar hazırda Messiyə və komandaya Çempionlar Liqasını qazanmaqda kömək edəcək yeganə futbolçudur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button