“O anı azarkeşlərin yaddaşına həkk etmək vacibdir” – Premyer Liqa rəsmisi

İngiltərə Premyer Liqasının icraçı direktoru Riçard Masters oyunlarda azarkeşlərin iştirakı, VAR sistemi və çempionluğun qeyd olunması ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, liqa rəsmisi, növbəti mövsümdə də oyunlarda azarkeşlərin iştirakının şübhə altında olduğunu bildirib:

“Kimsə oyunların azarkeşlərsiz keçirilməsi ilə bağlı qadağanın nə vaxt aradan götürüləcəyini bilmir. Bu cür tədbirlərin görülməsi normaldır.  Premyer Liqa da, klublar da növbəti mövsümün azarkeşlərin iştirakı ilə keçirilməsiylə bağlı nikbindir. Bu, mərhələli olaraq gerçəkləşdiriləcək”.

Masters, VAR sistemi və çempionluğun qeyd olunması ilə bağlı bunları bildirib:

“Mövsümü VAR ilə tamamlamağın bir yolunun olduğunu düşünürük. Mövsümün bərpasından sonra VAR-dan istifadə edilməsinin tərəfdarıyıq.

Çempionluq kubokunun azarkeşlərə təqdim olunması, çempionluğun qeyd olunması üçün əlimizdən gələni edəcəyik. O anı azarkeşlərin yaddaşına həkk etmək vacibdir”.

Koronavirus səbəbiylə dayandırılan Premyer Liqada turnir cədvəlinə 82 xalla “Liverpul” başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button