O, əfsanədir – “Arsenal”ın futbolçusu

“Arsenal”ın qapıçısı Bernd Leno, cari mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayan komanda yoldaşı Petr Çex haqqında danışıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman qapıçı Çexin möhtəşəm karyerasının olduğunu deyib:

“Bu haqda danışmaq çətindir, çünki o, karyerasını bitirəcəyi ilə bağlı nəsə deməyib. O, bu qərarı ailəsi və dostları ilə birlikdə qəbul etdi, bu haqda bizə heç nə demədi. Ancaq heç bir dəyişiklik yoxdur. O, bizim üçün hər zaman eyni adam olacaq. Son ayları onunla birlikdə zövq alaraq keçirməyimiz vacibdir. Düşünürəm ki, Çex, mövsümün sonunda möhtəşəm karyerası olduğu üçün sevinəcək. O, əfsanədir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button