“Nyukasl”ın təklifi rədd edildi

“Nyukasl” “Napoli”nin hücumçusu Viktor Osimheni heyətinə qatmağa cəhd edib. İtaliya klubu isə bu təklifi rədd edib.

Komanda.az xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb. Məlumata görə, neapolluları “Nyukasl”ın 23 yaşlı nigeriyalı hücumçu üçün təklif etdiyi məbləğ qane etməyib.

“Napoli” Osimhenlə yollarını ən azı 100 milyon avroya ayırmağa hazırdır.

Nigeriyalı hücumçunun neapollularla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi hesablanıb.

Osimhen bu mövsüm “Napoli”nin heyətində bütün yarışlarda 30 oyuna çıxıb, 17 qol vurub, 6 məhsuldar ötürmə edib.

O, 2020-ci ildə Fransanın “Lill” klubundan “Napoli”yə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button