“Nyukasl”a keçsə, klub tarixinin ən çox maaş alan futbolçusu olacaq

“Yuventus”un hücumçusu Paulo Dibala “Nyukasl”a keçə bilər.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, “Nyukasl” Dibalanı klub tarixinin ən çox maaş alan futbolçusu etməyə hazırdır. 

Argentinalı futbolçu İngiltərə klubu ilə müqavilə imzalamağa razılaşarsa, həftədə 200 000 funt sterlinqdən çox (təxminən 240 000 avro) maaş alacaq.

“Mançester Yunayted” və “Arsenal” da Dibalanın transferində maraqlıdır.

Paulo Dibala 2015-ci ildən “Yuventus”da çıxış edir. 28 yaşlı argentinalı futbolçu cari mövsümdə A Seriyasında 25 matçda iştirak edib, 9 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button