“Nyukasl”ın hədəfi – Hazard

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Torqan Hazard karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, “Nyukasl” 29 yaşlı futbolçu üçün transfer təklifi hazırlayır. Belçikalı yarımmüdafiəçinin transferi 15 milyon avroya reallaşa bilər.

Torqan “Real”ın futbolçusu Eden Hazardın kiçik qardaşıdır.

Hazard bu mövsüm 98 oyunda 15 qol vurub və 20 məhsuldar ötürmə edib.