“Nyukasl” milli üzvü ilə gücləndi

İngiltərənin “Nyukasl” klubu heyətinə daha bir futbolçu cəlb edib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Norviç Siti”nin müdafiəçisi Camal Lyuisi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Nyukasl”ın bu transferə görə 16.5 milyon avrosundan keçdiyi bildirilir.

Sol cinah müdafiəçisi olan Camal, İngiltərədə dünyaya gəlsə də, Şimali İrlandiya yığmasında oynamağa üstünlük verib. Millidə 13 oyun keçirmiş futbolçu, geridə qalan mövsümdə “Norviç Siti”nin heyətində Premyer Liqa və İngiltərə kuboku çərçivəsində 32 oyuna çıxıb, 1 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button