Nurlan Novruzov üçün 23 dəqiqə və 1 xal

Futbol üzrə Estoniya çemponatında 23-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Tammeka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Novruzov da bu oyunun iştirakçısı olub. O, 67-ci dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 23 turdan sonra 21 xalla 7-ci pillədə qərarlaşıb.