Nuriyevli “Kolos”dan inamlı qələbə

Futbol üzrə Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin formasını geyindiyi “Kolos” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “İnhulets”lə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:0.

Nuriyev də bu görüşün iştirakçısı olub. O, 90+3-cü dəqiqədə meydana buraxılıb.

“Kolos” 8 turdan sonra 8 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komandanın ehtiyatda da bir oyunu var.