“Turnirin hazırkı formatında hər şey baş verə bilər” – Noyer

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində Fransanın “Lion” klubu ilə qarşılaşacaq “Bavariya”nın qapıçısı Manuel Noyer açıqlama verib.

Komanda.az xəbər verir ki, klubun kanalına danışan alman qolkiper, fransızlarla oyunda diqqəli olmağın vacib olduğunu bildirib:

“Turnirin hazırkı formatında hər şey baş verə bilər. Bir müddət dincələ bilmərik. Ya da geriyə baxıb, “nələr bacarmışıq” deyə bilmərik. Yeni mərhələdəyik və yalnız bunu düşünməliyik. “Lion” taktiki olaraq çox yaxşı komandadır. Onlar “Mançester Siti”ni cəzalandırdılar. Belə komandalarla oyunda çox diqqətli olmalısan, əks halda, sən də cəzalandırılarsan. Özümüzə güvənirik, qol vura biləcək bir çox futbolçumuz var”.

“Lion” – “Bavariya” oyunu sabah keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button