Maradonanın meyiti ilə şəkil çəkdirənlər cəzalandırılacaq

Noyabrın 25-də vəfat edən Dieqo Maradonanın cəsədi ilə şəkil çəkdirən şəxslər cəzalandırılacaq.

Komanda.az xəbər verir ki, bu barədə mərhum futbolçunun vəkili Matias Morla açıqlama verib. O, Maradonanın tabutunu açıb, şəkil çəkdirən 3 nəfərin ağı şəkildə cəzalandırılacağını bildirib.

Argentina mətbuatının xəbərinə görə, Maradonanın meyiti ilə şəkil çəkdirən şəxslərin fotoları sosial şəbəkələrdə yayılıb və onlardan biri ölümlə təhdid olunduğunu açıqlayıb.

Həmin şəxslərin Maradona ilə vida mərasiminin təşkilatçısı şirkətin işçiləri olduğu bildirilir.