Novruzovdan Moldovada uğursuz debüt

Futbol üzrə Moldova çempionatında 16-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun yenicə müqavilə bağladığı “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Petrokub”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.

Nurlan da bu oyunun iştirakçısı olub. Azzərbaycanlı futbolçu Moldova çempionatındakı debüt matçının 65-ci dəqiqəsində meydana buraxılıb.

“Dinamo-Avto” 16 oyuna topladığı 21 xalla 8 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button