Novruzov oynadı, “Narva Trans” yenə uduzdu

Futbol üzrə Estoniya çemponatında 22-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Kalyu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Novruzov da bu oyunun iştirakçısı olub. O, 25-ci dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 22 turdan sonra 20 xalla 7-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button