Novruzov oynadı, komandası məğlub oldu – VİDEO

Futbol üzrə Estoniya çemponatında 3-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Flora” ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Həmyerlimiz matçın 19-cu dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 3 turdan sonra 1 xalla 9-cu pillədədi.