Novruzov mövsümün son matçında 56 dəqiqə oynadı – VİDEO

Futbol üzrə Moldova çempionatında mövsümə yekun vurulub.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dinamo-Avto” da sonuncu matçına çıxıb.

Sözügedən kollektiv 28-ci tur çərçivəsində doğma meydanda “Sfintul” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Nurlan da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib.

“Dinamo-Avto” 28 oyuna topladığı 41 xalla mövsümü 8 komanda arasında 4-cü yerdə başa vurub.