Kataloniya təmsilçisi La Liqaya vəsiqəni təmin etdi

Növbəti mövsümdə İspaniya La Liqasında mübarizə aparacaq ilk klub bəlli olub.

Komanda.az xəbər verir ki, Sequndanın lideri “Espanyol” sona 4 tur qalmış elitaya vəsiqəni təmin edib. Kataloniya təmsilçisi hazırda 78 xalla liderdir və 3-cü sırada qərarlaşan “Almeriya”nı 12 xal qabaqlayır.

Sequndada 1-ci və 2-ci sıranı tutan komandalar La Liqaya birbaşa yüksəlir. Hazırda “Malyorka” turnir cədvəlində 2-ci olsa da, elitaya vəsiqəni təmin edə bilməyib. La Liqaya yüksələcək 3-cü komanda isə pley-off oyunlarından sonra məlum olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button