“Bəlkə də, başqa ölkədə daha rahat yaşaya bilməyəcəyimiz üçün xaricə getmirik” – Müsahibə

5 sual, 5 cavab

Komanda.az saytında “5 sual, 5 cavab” rubrikası davam edir.

Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayırıq. Növbəti qonağımız “Sumqayıt” klubunun futbolçusu İlqar Qurbanovdur:

  • İlqar, həyata yenidən gəlsəydin, bu günə kimi yaşadığın həyatı yaşamaq istərdinmi?
  • Bəli, eyni həyatı yaşamaq istərdim.
  • Dünyanın taleyi sənin əlində olsaydı, ilk nəyi dəyişərdin?
  • Belə imkan olsaydı, çox şeyi dəyişmək olardı. Ən başlıcası, istərdim ki, ədaləti bərpa edim.
  • Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Bununla razısızan?
  • Ümumilikdə, statistika hər şey demək deyil və hər şeyi də olduğu kimi düz göstərmir.
  • Heç olubmu ağlından “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və səncə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?
  • Yox. Mən hər zaman fəxr etmişəm ki, azərbaycanlıyam və ölkəmi hədsiz dərəcədə çox sevirəm. Futbolçu və məşqçilərin xaricdə uğur qazana bilməməsi çox qəliz məsələdir. Bunu saatlarla danışmaq olar. Səmimi deyirəm, tam səbəbini bilmirəm. Ola bilər ki, ailələrimizə olan bağlılığımıza görə gedə bilmirik. Bəlkə də, başqa ölkədə daha rahat yaşaya bilməyəcəyimiz üçün xaricə getmirik. Mən tam şəxsi fikrimi deyirəm.
  • Səncə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
  • Bunun üçün iki şey lazımdır – vaxt və səbr.

Şahin Cəfərov