Elvin Məmmədov: “Bunun səbəbini tapa bilmirəm” – Müsahibə

5 sual, 5 cavab

Komanda.az saytında “5 sual, 5 cavab” rubrikası davam edir.

Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayırıq. Növbəti qonağımız son olaraq “Zirə”də forma geyinən və hazırda klubsuz olan Elvin Məmmədovdur:

  • Elvin, həyata yenidən gəlsəydin, bu günə kimi yaşadığın həyatı yaşamaq istərdinmi?
  • Bəli, həyatımdan razıyam. Bu həyatımı yaşamaq istərdim.
  • Dünyanın taleyi sənin əlində olsaydı, ilk nəyi dəyişərdin?
  • Dəyişəcəyim ilk şey insanlar olardı.
  • Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyerana baxdıqda bu söz özünü doğruldurmu?
  • Bəli, Ferqyusonun sözlərini dəstəkləyirəm.
  • Heç olubmu ağlından “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və səncə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?
  • Xeyr. Hər zaman fəxr etmişəm ki, azərbaycanlıyam. Niyə məşqçi və futbolçular uğur qazana bilmir? Bunun səbəbini tapa bilmirəm.
  • Səncə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
  • Bu, nəhəng dövlətlərdə futbol olmasa, mümkündür.

Şahin Cəfərov