“Növbəti mövsüm bizim üçün çox vacib olacaq” – “Mançester Yunayted”in futbolçusu

“Mançester Yunayted”in futbolçusu Daniel Ceyms açıqlama verib.

Komanda.az xəbər verir ki, 22 yaşlı futbolçu, növbəti mövsümdə Premyer Liqanı qazana biləcəklərini bildirib:

“Növbəti mövsüm bizim üçün çox vacib olacaq. Bu il çox sayda zədəlilərimiz oldu. Markus Reşford, Pol Poqba və Skott Maktominey uzun müddət zədəli oldu. Onlar heyətə qayıdanda və komanda bir araya gələndə, çempionluq üçün böyük şansımızın olacağını düşünürəm”.