Alkaser “Qarabağ”la oyun haqda: “Eyni istəklə oynayacağıq”

UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”la qarşılaşacaq İspaniyanın “Vilyarreal” klubunun futbolçuları oyunla bağlı paylaşım ediblər.

Komanda.az xəbər verir ki, İspaniya təmsilçisinin hücumçusu Pako Alkaser və yarımmüdafiəçisi Visente İborra “twitter”də matç barədə fikirlərini bölüşüb.

Alkaser oyunla bağlı bunları qeyd edib:

“Eyni istəklə oynayacağıq və növbəti üç xal üçün mübarizə aparacağıq”.

İborra isə qrup mərhələsinin ikinci qarşılaşmasında komanda olaraq hədəfə doğru bir addım daha irəliləmək istədiklərini vurğulayıb.

Türkiyədə keçiriləcək “Qarabağ” – “Vilyarreal” matçı bu gün, saat 21:55-də start götürəcək.