Yenə dəyişir – loqosunu

İngiltərənin “Norviç Siti” klubu loqosunu dəyişmək qərarına gəlib. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni loqo dizaynı ötən ilin sonunda təqdim edilib, lakin yenidən dəyişdiriləcək.

Həmçinin bu gün, iyunun 17-də klub növbəti illər üçün inkişaf proqramı təqdim edəcəyinə söz verib.

2021/22 mövsümünün nəticələrinə əsasən, “Norviç” Premyer Liqadan aşağı liqaya düşüb.