“Norveçliyəm və bununla qürur duyuram” – Haland

“Borussiya”nın (Dormund) və Norveç yığmasının hücumçusu Erlinq Haland milli seçimi barədə açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Dumanlı Albion”da dünyaya gələn 20 yaşlı futbolçu, İngiltərə millisini deyil, Norveçi seçməyinin səbəbini açıqlayıb:

“Bu haqda nəsə deyə bilmirəm. Dörd yaşım olanda Norveçə köçmüşəm, buna görə də, bu haqda çox düşünməmişəm. Norveçliyəm və bununla qürur duyuram.

Hər zaman Avropanın böyük çempionatlarında çıxış etmək istəyirəm. Hazırda Almaniyadayam və buranın mənə uyğun olduğunu hiss edirəm. Bunu siz də görürsüz. Ən yaxşı beş liqada çıxış etmək hər futbolçunun xəyalıdır. “Borussiya” böyük klubdur, buna görə də, üzərimdə təzyiq var. Amma bu, öyrəşməyim lazım olan məsələdir”.