“Qarabağ”la oyunda 3-4 dəfə futbola nifrət etdiyimi söylədim” – “Molde” rəsmisi

Norveçin “Molde” klubunun baş direktoru Ole Erik Stavrum yerli mətbuata açıqlama verib.

Komanda.az xəbər verir ki, “RB-sport”a danışan Stavrum, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşdıqları oyunu da xatırlayıb:

“Səhv etmirəmsə, “Qarabağ”la oyunda 3-4 dəfə futbola nifrət etdiyimi söylədim. Oyun penaltilər seriyasına gedəndə qorxulu şüphələrim var idi və o anda futbol elə də maraqlı deyildi. Ancaq nəticə bizim xeyrimizə oldu və möhtəşəm atmosfer yarandı”.

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində əsas vaxtı 0:0 bitən oyunda “Molde”yə penaltilər seriyasında məğlub olub – 4:5.