Oğurluq edib, qumar oynayan futbolçu klubdan qovuldu

Norveçin “Molde” klubu futbolçusu Veqard Forrenlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Buna səbəb, Forrenin klubun kassasından pul oğurlaması və qumar oynaması olub. Forren, “Molde”nin kassasından təxminən 9255 avro pul oğurlayıb.

Müdafiəçi, 15 ildir ki, qumar asılılığından əziyyət çəkdiyini etiraf edib.

Forren 2017-ci ildən “Molde”də çıxış edirdi. O, Norveç milli komandasında 33 oyun keçirib.