Norveç yığmasının üzvü rəsmən “Qalatasaray”da

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, İstanbul klubu norveçli sağ cinah müdafiəçisi Omar Elabdellauini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son olaraq Yunanıstanın “Olimpiakos” klubunun uğurları üçün çalışmış 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Elabdellaui “Qalatasaray”dakı ilk mövsümündə 1.3 milyon, ikinci mövsümündə 1 milyon 350 min, üçüncü mövsümündə isə 1.4 milyon avro gəlir əldə edəcək.

Norveç yığmasının da formasını geyinən müdafiəçi 2014-cü ildən Yunanıstan təmsilçisinin uğurları üçün çalışırdı. O, geridə qalan mövsümdə 47 rəsmi oyuna çıxıb, 1 qola imza atıb.

17 yaşında “Mançester Siti” tərəfindən alınan futbolçu İngiltərə klubunda forma geyinməsə də, həmin dönəmdə “Stromsqodset”, “Feyenoord” və “Ayntraxt”da (Braunşveyq) icarədə oynayıb. “Olimpiakos” da onu 2016/17 mövsümündə “Hall Siti”yə icarəyə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button