“Niyə məğlub olduğumuzu demək çətindir” – Veynaldum

İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində “Bernli”yə 0:1 hesabı ilə məğlub olan “Liverpul”un futbolçusu Corcinyo Veynaldum açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Veynaldum, oyunun istədikləri kimi keçmədiyini bildirib:

“Çox çətin oyun oldu. Çox qol şansı yaratdıq, amma bundan faydalana bilmədik. Kifayət qədər aqressiv futbol oynamadıq. Yüz faizlik şanslarımız var idi. Niyə məğlub olduğumuzu demək çətindir. Artıq bu matçı düşünmək yerinə, oyunumuzu sərgiləməyə davam etməliyik”.