“Nitsa”nın futbolçusu rəsmən PSV-də

Hollandiyanın PSV klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, sözügedən klub “Nitsa”nın müdafiəçisi Olivye Boskalyini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı fransız futbolçu ilə 4 illik müqavilə imzalanıb.

PSV bu keçidə görə Fransa klubuna 2 milyon avro təzminat ödəyib.