Qərarını verib – ayrılacaq

“Nitsa” ilə müqaviləsi iyunda başa çatacaq Malanq Sarrın klubdakı gələcəyi müəyyənləşib.

Komanda.az xəbər verir ki, 21 yaşlı futbolçu Fransa klubundan ayrılacaq. Bununla bağlı o, “Telefoot”a açıqlamasında bildirib:

“Hazırda klubla müqaviləmi yeniləməməyə qərar vermişəm. Mövsümün necə yekunlaşacağını görüb, ondan sonra dəqiq qərar vermək istəyirəm. Hazırda hansısa təklif, seçim yoxdur. Amma Avropada başqa maraqlı çempionatlar da var. İndi dəqiq qərar verməmişəm, klubların idman layihələrinə və oyun zamanıma diqqət edirəm”.

Fransalı futbolçu 2016-cı ildən “Nitsa”da çıxış edir.