Fransa klubunda yeni müqavilə

Fransanın “Nitsa” klubu qapıçısı Ualter Benitezlə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilənin neçə il uzadıldığı açıqlanmayıb. Mətbuat 27 yaşlı qolkiperin 2023-cü ilin yayınadək klubun şərəfini qoruyacağını yazır.

Argentinalı futbolçu 2016-cı ildən “Nitsa”nın uğurları üçün çalışır.