Pepe Fransaya qayıda bilər

“Nitsa” “Arsenal”ın hücumçusu Nikolas Pepe ilə maraqlanır.

Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, Fransa klubu 27 yaşlı futbolçunu icarəyə götürmək istəyir. Artıq klublar arasında ilkin danışıqlar aparılıb, futbolçunun özü də keçiddə maraqlıdır.

Pepe 2019-cu ilin avqustunda 80 milyon avroya “Lill”dən “Arsenal”a keçib. O, ötən mövsüm “topçular”ın heyətində 23 oyunda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin