Niko Qaytanın yeni klubu bəlli oldu

Fransanın “Lill” klubu ilə yollarını ayıran Niko Qaytanın yeni iş yeri bəlli olub.

Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını Portuqaliyanın “Braqa” klubunda davam etdirəcək.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Argentinalı hücumameylli yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Karyerası ərzində “Boka Xuniors”, “Benfika”, “Atletiko” (Madrid), “Dalyan Yifan” və “Çikaqo Fayr” klublarında forma geyinmiş Qaytan, geridə qalan mövsümdə “Lill”də cəmi 4 oyuna çıxıb.