Daha bir futbolçu milli karyerasını bitirdi

Nigeriya millisinin üzvü Odion İqalo yığmadakı karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə 30 yaşlı hücumçu “instagram” hesabından məlumat yayıb. O, Nigeriya millisindəki karyerasını bitirdiyini bildirib.

2015-ci ildə yığmada debüt edən İqalo, çıxdığı 34 oyuna 15 qol vurub. İqalo son keçirilən Afrika Millətlər kubokunda 5 qolla bombardir olub.

Bir müddət əvvəl Con Obi Mikel də Nigeriya millisindəki karyerasını bitirdiyini açıqlamışdı.