PSV-də itki – AÇ-2020-ni buraxacaq

Niderlandın PSV klubunun futbolçusu Donyell Malen sıradan çıxıb.

Komanda.az xəbər verir ki, 20 yaşlı hücumçu Erediviziyanın 17-ci turunun “Feyenoord”la matçında (1:3) zədələnib. Bu barədə PSV-nin mətbuat xidməti məlumat yayıb.

Malenin mövsümün ikinci yarısında yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Niderland millisinin də şərəfini qoruyan hücumçu, zədə səbəbindən AÇ-2020-də də iştirak edə bilməyəcək.

Malen bu mövsüm Erediviziyada 14 oyunda 11 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button