“Arsenal” istəyirdi, PSV aldı

Niderlandın PSV klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Eyndhoven təmsilçisi “Tuluza”dan İbrahim Sanqareni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Fil Dişi Sahili milli komandasının da üzvü olan Sanqare, 2016-cı ildən “Tuluza”da idi.

Sanqare ilə İngiltərənin “Arsenal” klubu da maraqlanırdı.