“Ayaks”ın stadionu restorana çevrildi FOTOLAR

Niderlandın “Ayaks” klubunun ev oyunlarını keçirdiyi “Yohan Kroyff Arena” restorana çevrilib.

Komanda.az xəbər verir ki, koronavirusa görə maliyyə sıxıntıları yaşayan Amsterdam təmsilçisi əlavə gəlir əldə etmək üçün belə bir addım atıb. Restorana gələn müştərilər 50-100 avro arası məbləğ ödəyərək, “Ayaks”ın stadionunu da gəzə bilərlər.

Koronavirus pandemiyasına görə Niderland Erediviziyasında mövsüm ləğv olunub.