Niderland nəşri “İmarət”dən yazdı FOTO

Niderlandın məşhur “De Volkskrant” nəşri “Qarabağ” klubu barədə reportaj hazırlayıb.

Komanda.az xəbər verir ki, yazıda “Qarabağ”ın təmsil etdiyi Ağdamın düşməndən azad edilməsi, “İmarət” stadionunun tamamilə dağıdılması, klubun doğma şəhərindən uzaqda olmasına baxmayaraq uğurlu çıxışı qeydə alınıb. Həmçinin klubun bazasında olan qəzetin əməkdaşı baş məşqçi Qurban Qurbanovdan da komandanın uğurlu çıxışı haqqında fikirlərini, komandasının təmsil etdiyi şəhərin işğaldan azad edilməsi və məşqçi Müşfiq Hüseynovdan yenidən “İmarət”də olması haqda duyğularını öyrənib.

Yazıda “Qarabağ” “Qafqazın “Barselona”sı” kimi təqdim edilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button