Niderland yığmasının sabiq futbolçusu karyerasını bitirdi

Niderland milli komandasının sabiq futbolçusu Ron Vlaar karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçinin formasını geyindiyi “Alkmaar” klubunun mətbuat xidməti məlumat yayıb. Vlaar səhhətiylə bağlı problemlərə görə futbolçu karyerasını sonlandırıb.

Niderland yığmasında 32 oyuna çıxan müdafiəçi, ölkəsində “Feyenoord” və “Alkmaar”da, İngiltərədə isə “Aston Villa”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button