AÇ-2020: “Mənə görə oyunu uduzduq”

Niderland milli komandasının futbolçusu Matteys de Liqt AÇ-2020-nin 1/8 final mərhələsində Çexiyaya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, de Liqt, 0:2 hesabıyla bitən görüşü belə şərh edib:

“Oyunun nəzarətimizdə olduğunu düşünürdüm. Xüsusilə də, ilk hissədə bir neçə qol imkanımız oldu. Rəqibin çox da şans yaratmadığını düşünürəm. Aldığım qırmızı vərəqə oyunda fərq yaratdı.

Çox məyusam. Mənə görə oyunu uduzduq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button