Niderland klubunda maaşlar azaldıldı

Niderlandın “Utrext” klubunun futbolçuları məvaciblərinin azaldılması ilə bağlı klubla razılığa gəliblər.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Erediviziya təmsilçisi koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklərlə əlaqədar futbolçulardan maaşlarının azaldılmasına dair razılıq istəyib. Onlar da bu istəyi müsbət qarşılayıblar.

Komandanın kapitanı Villem Yansen bununla bağlı klub saytına açıqlama da verib:

“Sadiq azarkeşlərimizə və tərəfdaşlarımıza hörmət və həmrəylik əlaməti olaraq, biz təşəbbüs göstərərək əməkhaqqılarımızın azaldılmasına razılaşdıq. Şadam ki, belə bir yekdil qərar qəbul etdik”.

Qeyd edək ki, Niderland çempionatında mövsüm koronavirusa görə ləğv olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button