“Ayaks”dan 13 qol buraxan qapıçı: “Güzgüyə baxmaq istəmirəm”

Niderland Erediviziyasının 6-cı turunda “Ayaks”a 0:13 hesabıyla uduzan “Venlo”nun qapıçısı Daleno van Krooy açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, qapısında 13 top görən 29 yaşlı qapıçı bunları deyib:

“Qəbuledilməz bir vəziyyətdir, bütün dünya bizdən danışır. Əlimdən gələn hər şeyi etdim, lakin sanki məşqdə idilər. Güzgüyə baxmaq istəmirəm. Ancaq bu oyunu unutmalıyıq”.