Nicat Şıxəlizadə gümüş medalla kifayətləndi

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinə start verilib.

Komanda.az xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən və üç gün davam edəcək mötəbər yarışda dünyanın 56 ölkəsindən 431 cüdoçu (256 kişi, 175 qadın) mübarizə aparır. Azərbaycan millisi bu turnirdə 43 idmançı ( 28 oğlan, 15 qız) ilə təmsil olunur.

İlk yarış günündə Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə yarışın gümüş medalını qazanıb. 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Moldova təmsilçisi Denis Vieru ilə görüşdən məğlub ayrılıb.

İlk yarış günündə kişilər 60 kq və 66 kq, qadınlar isə 48 kq, 52 kq v ə 57 kiloqram çəkidə mübarizə aparıb.

Qadınların yarışında İspaniya təmsilçisi Laura Martinez (48 kq), fransalı Amadine Buçxard (52 kq) və Braziliya idmançısı Rafaela Silva (57 kq) qalib olub.

Kişilərdən isə braziliyalı Felipe Kitadai (60 kq) və moldovalı Denis Vieru qızıl medala sahib olublar.

Mayın 12-də yekun vurulacaq “Böyük dəbilqə” turniri Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button